İranlı diplomat azərbaycanlı generalla görüşdü

İranlı diplomat azərbaycanlı generalla görüşdü

Hazırda oxunan: İranlı diplomat azərbaycanlı generalla görüşdü

11811

İranın Naxçıvandakı baş konsulu Seyid Abbas Hüseyni ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini – “Naxçıvan” əlahiddə sərhəd diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev arasında görüş keçirilib.

Bizim.Media İranın “Mehr” agentliyinə istinadən məlumat verir ki, görüş zamanı tərəflər arasında sərhəd əməkdaşlığının və qarşılıqlı əlaqələrin genişləndirilməsi, eləcə də malların tranziti məsələsi müzakirə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

İran kəşfiyyat xidmətinin rəhbəri: “İran nüvə silahı hazırlayacaq”


İraqnlı konsul mehriban qonşuluğa, xüsusən də malların tranzitinin qarşılıqlı təsirlərinə toxunub və İran İslam Respublikasının Azərbaycan Respublikasının sərhədlərinin bərpasından məmnun olduğunu və bu məsələnin ikitərəfli əməkdaşlığın artırılmasında təsirli ola biləcəyini bildirib.

N.Tağıyev də İranın Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanmasında mövqeyini yüksək qiymətləndirib və bunu İranın dostluq və mehriban qonşuluq, habelə beynəlxalq hüquqa hörmət göstərməsinin əlaməti kimi dəyərləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO