Ağdamda Qarabağ qazisi vəfat edib - FOTO

Hazırda oxunan: Ağdamda Qarabağ qazisi vəfat edib - FOTO

103686

Birinci Qarabağ müharibəsi iştirakçısı, silahlı qüvvələrin ehtiyatda olan baş giziri Nəriman Şahmalı oğlu Teymurov uzun sürən xəstəlikdən sonra vəfat edib.  

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, onun ölümünə səbəb səhəttində qəfil baş verən narahatlıq olub.  

Qeyd edək ki, Nəriman Teymurov 1967-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində doğulub.

Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisinə təcavüzü başlayanda könüllü olaraq döyüşə ilk qatılanlardan olub. Ərazilərin müdafiəsi uğrunda aparılan bir çox hərbi əməliyyatlarda iştirak edib. 1994-cü il - ətəşkəs müqaviləsindən sonra N.Teymurov hərbçi kimi keçmiş ön xətt bölmələrində baş gizir hərbi rütbəsi ilə Vətənə xidmət edib.  
Mərhum bu gün Bərdə rayon Saatlı kənd qəbirstanlığında dəfn edilib. Qazinin vida mərasimində yaxınları, doğmaları ilə yanaşı, onun silahdaşları da iştirak edib.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO