“Narahatlığa gərək yoxdur, “Qarabağ” qələbə qazanacaq” – Aqil Abbasdan PROQNOZ

“Narahatlığa gərək yoxdur, “Qarabağ” qələbə qazanacaq” – Aqil Abbasdan PROQNOZ

Hazırda oxunan: “Narahatlığa gərək yoxdur, “Qarabağ” qələbə qazanacaq” – Aqil Abbasdan PROQNOZ

102669

Xəbər verdiyimiz kimi, bu gün Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsində son görüşünə çıxacaq. Rəqib isə qrupun lideri, Almaniya Bundesliqasında 3-cü pillədə qərarlaşan “Frayburq” klubudur.

Görüşün önəmini artıran əsas faktori isə “Köhlən atlar”ın bu gün qrupun digər oyununun da nəticəsindən asılı olaraq tarixində ilk dəfə qrup mərhələsini adlamaq ehtimalının olmasıdır.

Eyni zamanda qrupdakı vəziyyət görüşün əhəmiyyətinə birbaşa təsir göstərəcək. “Qarabağ” qələbə qazanacağı təqdirdə, qrupun digər matçının nəticəsindən asılı olmayaraq növbəti mərhələyə vəsiqəni təmin edəcək.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ”ın pley-off-dakı bütün rəqibləri AÇIQLANDI


Oyun təmsilçimizin məğlubiyyəti və heç-heçə ilə nəticələnərsə, “Qarabağ”ın qrupdan çıxması digər görüşün nəticəsinə bağlı olacaq. Belə ki, qrupunun digər oyununda Fransanın “Nant” klubu Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

Məlumat üçün bildirək ki, “Frayburq” artıq qrup liderliyini və növbəti mərhələyə çıxışı təmin edib. “Qarabağ” 7 xalla II, “Nant” isə 6 xalla III pillədə qərarlaşıb. “Olimpiakos” isə 2 xalla qrup sonuncusudur və yunanların mərhələ adalaması üçün şansları tükənib.

Oyunla bağlı Bizim.Media-ya gözləntilərini açıqlayan “Qarabağ”ın qatı azarkeşlərindən olan millət vəkili Aqil Abbas komandamızın qələbə qazanacağını bildirib:

“”Qarabağ” qələbə qazanacaq. Lakin bu görüşü “tarixi oyun” adlandırmaq olmaz. Hər matçı tarixi oyun kimi təqdim etsək, gərək hər gün tarixi oyun oynayaq. Bu adi oyundur və axşam qalib gələcəyik.

Tarixi oyun o zaman olacaq ki, “Qarabağ” Çempionlar Liqasında “Real Madrid”lə final görüşünə çıxacaq. Axşamkı oyuna gəlincə isə, əvvəlki görüşlərdəki səhvlərimizi artıq başa düşmüşük. Narahat olmağa ehtiyac yoxdur, qələbə bizimdir”.
Qeyd edək ki, “Qarabağ”-“Frayburq” görüşü Bakı vaxtı ilə 21.45-də start götürəcək. Tofiq Bəhramov stadionunda keçiriləcək oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO