"Bu qətl Putinin işarəsi, əmri, razılığı, istəyi olmadan mümkün deyildi" - VİDEO

Hazırda oxunan: "Bu qətl Putinin işarəsi, əmri, razılığı, istəyi olmadan mümkün deyildi" - VİDEO

210619
Moderator.azxa0Amerikada yaşayan məşhur siyasətçi, publisist Andrey Piontkovskinin “Qordon” nəşrinə verdiyi müsahibəni kiçik ixtisarla təqdim edir:

Müsahibənin əvvəlini bu linkdən oxuya bilərsiniz---xa0moderator.az/news/210517.html

- Deyə bilərsinizmi, Rusiya müxalifətinin parlaq nümayəndələri içərisindəxa0 FTX-nın agentləri çoxdurmu?xa0

- Bu qaçılmazdır, bu ümumiyyətlə XIX əsrdən başlayaraq bütün rus inqilablarının böyük ənənəsidir. İosif Vissarionoviç Stalin çar mühafizə idarəsinin agenti olub, Vladimir İliç Lenin Almaniya Baş qərargahının agenti olub, bolşeviklərin sevimli tribunu, Leninin Dumada yaxın dostu Malinovski də çar mühafizəsinin agenti olub. Mən heç kəsi barmağımla göstərmək istəmirəm, amma fikirləşirəm ki, eyni vəziyyətdir...

- Əlbəttə. Bəs, Aleksey Navalnıy xoşunuza gəlirmi, maraqlıdırmı sizin üçün?

- Mənim xoşuma gələn, onun Putinlə indiki mübarizəsidir. Bir şey aydındır ki, onun hakimiyyətdə ciddi tərəfdaşları və himayədarları var.

-... bu aydındır.

-...amma buna görə, mən onu qınamıram, hesab edirəm ki, siyasi güc kimi bu müsbət haldır. Navalnının tərəfdaşları, çox güman ki, güc strukturlarındadır və onlar Putindən çox narazıdırlar.

- Bəs, Ksyuşa Sobçak haqqında, onun mümkün namizədliyi barədə nə fikirləşirsiniz?

- Bu bizim müzakirəmiz üçün qeyri-ciddi mövzudur.xa0

- Mixail Borisoviç Xodarkovski haqqında, Putinin əsiri, 10 il həbs yatanı soruşuram. Onun siyasi perspektivi var?

- Mən Mixail Borisoviçə, onun 10 illik qəhrəmanlığına görə böyük hörmətlə yanaşıram, baxmayaraq ki, onun bəzi baxışlarını bölüşmürəm. O sınmadı, mövqeyini dəyişmədi. Amma, xaricdə oturub Rusiyada böyük siyasi rol oynamaq çox çətindir. Bilirsiniz, mən Navalınını niyə dəstəkləyirəm, onun fanatları etiraz mitinqinə çıxanda “ Yaşasın Navalnı” şüarını qışqırmırdılar, onlar “Putin- oğru” səsləndirirdilər.xa0

- Putinə yaxın olan adamlar Ştatlardakı pulları ilə Putin arasında seçim etsələr, yəqin ki, pul daha yaxın olar?

- Bəli, üstəlik, bu trilyondur. Faktiki saray salnaməçisi Minçenkonun yazdığı “qızıl yüzlük” həmin məbləğin sahibləridir və hərəyə 10 milyard düşəndə-trilyon edir.

- Bəs, Harri Kasparovun siyasi perspektivləri haqqında nə deyərdiniz?

- Putin yıxılandan sonra o Rusiyaya qayıdacaq və fikirləşirəm ki, çox fəal siyasi xadim olacaq.

- Yeltsin Boris Nemtsovu özünün varisi elan etməkdə bir qədər tələsdi. Onun qətli çox dəhşətli hadisə oldu. Necə fikirləşirsiniz, Nemtsovu kim və niyə öldürdü?

- O demək olar ki, Qırmızı meydanda öldürüldü. Qırmızı meydanın hər santimetri videosistemlərlə baxılır və silahlı adamlarla qorunur, yəni qətl Federal mühafizə xidmətinin, Federal təhlükəsizlik xidmətinin, Rusiyanın bütün ali güc strukturlarının köməyi ilə baş tutub. Bu qətl, Vladimir Putinin işarəsi, əmri, razılığı, istəyi olmadan mümkün deyildi.

- Hesab edirsiniz ki, Putin bu barədə bilirdi?

- Bu rütbədə olan adamı Qırmızı meydanda Putinin razılığı və istəyi olmadan öldürmək mümkün deyildi.

- Olsun. Bəs, motiv nə idi? Nemtsov niyə aradan götürülməli idi?

- Deyirəm. Bilirsiniz, insanın ölümü ona olan baxışların perspektivini dəyişir. Mən Nemtsovla yaxşı münasibətdə olmuşam və ölümündən sonra onu daha böyük fiqur kimi görürəm.

- Deyin, Rusiya Çeçenistandan və Ramzan Kadırovdan asılıdırmı?

- Putin ondan çox asılıdır, ona görə ki, onun 1999-cu ildən bəri hakimiyyətinin leqallaşması Çeçenistandakı terrorizmə qalib gəlməsinin üstündə quqrulub. Yəni, Kadırov Putinə qarşı çıxsa, bu o deməkdir ki, Putin çeçen müharibəsini uduzub.

– Ramzan Kadırova güclü lider, Rusiya ali hakimiyyətini özünə tabe etdirən kimi hörmət hissiniz varmı?

- Kadırov cinayətkardır - “ hörmət” sözü burda yerinə düşmür, amma siz dediyiniz keyfiyyətləri onda görürəm.

- Onun Kreml güc strukturları ilə problemləri varmı?

- Onlar Kadırova nifrət edirlər! Və Nemtsovun işinin təhqiqatı – Putinlə güc strukturlarının qarşıdurması deməkdir. Onlar Kadırovu, yalnız Kadırovu ittiham edirdilər və onun başını tələb edirdilər. Və yeri gəlmişkən, Çeçenistanla bağlı barışmaz vəziyyət elitanın parçalanmasını kəskinləşdirir.

- Doğrudanmı 86% rusiyalı Putini dəstəkləyir?

- Boş şeydir! Baxın, sovet adamı oturub evində, ona naməlum biri zəng edib soruşur: ”Siz Putinin tərəfindəsiniz, yoxsa yox”? Onun bütün yüzillik genetik təcrübəsi söyləyəcək ki, “ hə” demək lazımdır, bu da rus dilinə tərcümədə belə məna verir: “dur burdan.., bilirsiniz də hara”.

- Vaxtilə bizə müsahibənizdə demişdiniz ki, “Putin 250 milyard dolları ona görə oğurlamayıb ki, özünü radioaktiv külə döndərsin”. Xatırlayıram ki, siz həm də Rusiya müxalifətçilərinin “ Putin getməlidir” məktubunun təşəbbüsçüsü və müəllifi olmusunuz. Putin niyə getməlidir?

– Ona görə ki, Putinin prezidentlik kürsüsündə qalması Rusiyanın gələcək mövcudluğunun şanslarını hər il daha da azaldır.xa0xa0

- Martda Putin yenidən Rusiyanın prezidenti olacaq?

- Mənə elə gəlir ki, bu gün sizinlə danışdığımız ziddiyyətlər - trilyon dollar, ABŞ-ın ultimatumu, Kadırov və güc strukturlarının konflikti ölkəmizdə adını çeçki qoyduğumuz bu prosesin hamar şəkildə keçməsinə imkan verməyəcək. Həm də seçkilər 18 martda olmayacaq, seçim indi gedir.

-...tamamilə doğrudur.

-...qapalı rezidensiyalarda güc strukturları həm özlərinin, həm də Putinin taleyini həll edirlər.

-...Yəni, güman edirsiniz ki, martda Putini seçməyəcəklər?

- Bu seçkilər olmayacaq, başa düşürsünüz? Saray çevrilişi buna imkan verməyəcək.

- Deməli, siz təsəvvür edirsiniz ki, Rusiyada mart prezident seçkiləri baş tutmayacaq?

- Bəli. Mən bir də öz formulumda təkid edirəm: “seçkilər”sözü şərtidir. Seçkilər indi gedir. Nəticələri hələ bilmirik. Amma, 140 milon rusiyalı seçmir, pulları Amerikada asılı vəziyyətdə qalan 140 centlmen seçir.

- 2018-ci ildə futbol üzrə dünya çempionatı Rusiyada keçiriləcək, yoxsa bu hüququ da onun əlindən alacaqlar?

- Fikirləşirəm ki, bu Qərb üçün əsas sual deyil. Bircə xanım Bucanadze deyir ki, Rusiyanı belə bir təhlükə gözləyir.( Gülür)

- ABŞ-ın prezidenti Donald Tramp Putinin təsir agentidirmi?

- Obyektiv desək - bəli. Bu adam prezidentlik dövründə Birləşmiş Ştatların yaxn müttəfiqlərindən tutmuş siyasətdəki tərəfdaşlarına qədər hamının hər yerinə söydü, amma Putin haqqında bir kəlmə də hörmətsiz söz işlətmədi. Bundan başaq, yanvar-fevralda Tramp və Tillerson var qüvvələri iləxa0 sanksiyaları qaldırmağa cəhd edirdilər.xa0

- Beləliklə, nə alınır?xa0 Bu gün Tramp ona görə anti Rusiya qərarlar qəbul edir ki, rusiyayönümlü qərarlar qəbul etsə ona impiçment tətbiq oluna bilər?

- Bu Amerika institutlarının işinin göstəricisi və Kremlin fundamental səhvidir ki, Trampı prezident kürsüsünə otuzdurublar. Bir daha təkrar edirəm: o açıq agent deyil,o iltizam da verməyib. Amma, istisna etmirəm ki, Putinin ona qarşı ciddi ifşaedici materialı var. Onsuz da indi Tram və Tillerson faktiki olaraq hakimiyyətdən uzaqlaşdırılıb, hər halda Rusiya və Ukrayna istiqamətlərində.

- Sonuncu sual, amma tez və birmənalı cavab tələb edir: Bizi rezonans yaradacaq hadisələr gözləyir?

- Bəli, qeyd-şərtsiz

Tərcümə etdi: İlham İsmayıl
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO