”x9dƏgər qadınları sevməsəm, heç vaxt yaza bilmərəm”x9d -Çingiz Abdullayev

”x9dƏgər qadınları sevməsəm, heç vaxt yaza bilmərəm”x9d -Çingiz Abdullayev

Hazırda oxunan: ”x9dƏgər qadınları sevməsəm, heç vaxt yaza bilmərəm”x9d -Çingiz Abdullayev

138308
Moderator.az Tanınmış yazıçı Çingiz Abdullayev ilə müsahibəni təqdim edir:

xa0”“ Çingiz Abdullayevin sağlamlıq hobbisi nədir?

-Kitab oxumaq və yazmaq. Və bir də”¦ Gözəl qadınlarla görüşürəm”¦ xa0Sağlamlığa faydası böyükdür, bu hobbinin. Gözəl qadınlarla nə qədər çox görüşsən, bu, bir o qədər xa0yaxşı gimnastikadır.

-Hobbiniz yaradıcılığınıza təsiri göstərirmi?

-Təbii var. Əgər qadınları sevməsəm, heç vaxt yaza bilmərəm. Əsərlərimin uğurlu alınmaz”¦ Həmin gözəl qadınlar əsərlərimdə yer alırılar. Hətta qadının dilindən 4-5 kitab da yazmışam. Mənə deyirlər ki, kişi heç vaxt xa0belə əsəri yaza xa0bilməz. Amma xa0mən yazıram. Qadın əsərimdə müəllifdir, necə sevir, xa0kişiylə görüşür, geyinir, ətriyyatdan istifadə edir, kritik xa0günlərdə ayda xa0bir dəfə özünü xa0necə pis hiss edir. Bütün bunları qadın adından mən xa0danışıram. Oxuyanlar deyir ki, sən bunu ömründə xa0yaza xa0bilməzsən. Onlara deyirəm ki, Lev Tolstoy “Hərb və Sülh”x9d xa0əsərində qadınınm necə doğmasını təsvir edib, yazıb. Amma o, özü heç vaxt doğmamışdı!

-Qeyri-standart iş qrafiki ilk zərbəni hara vurur?

-İlk növbədə başa! Beyinə təsir edir. Artiq bir neçə gündür ki, yatmadan işləyirəm. Təbii bu da öz zərbələrini lazımı orqana endirir.

-Sağlam həyat obrazını qələmə almaq üçün riayət etdiyiniz qaydalar varmı?

-Bəli, var. Əsərlərimdə qəhrəmanım heç vaxt papiros çəkmir, içki içmir. Qəhrəmanım kofe də xa0Məndə kofe içmirəm. Çayı sevirəm, yaşıl qara, ağ, sarı”¦ Hara getsəm, müxtəlif çaylar gətirirəm.

-Saglamılığınıza ziyan vuran vərdişləriniz hansılardır?

-Əlbəttə var. Yazmaq! Çox işləyirəm, gecələr xa0yatmıram. xa0Günlərlə yuxusuz qalıram. Bu sağlamlığa zərərdir.

-Yazıçını sevən xəstəlik”¦

-Yazını ən çox sevən xəstəlik şəkərli diabetdir. xa0Tez-tez şəkəri qalxır. Yazıçıların əksəriyyəti bundan əziyyət çəkir. Yusif Səmədoğlu bir dəfə gülə-gülə dedi: “Elə yazıçı yoxdur ki, onun diabeti olmasın!”x9d. Çox yazanda, çox xa0işləyəndə yaranır, istər-istəməz.

-Sizdə xa0də?

-Yox, hələ ki, məndə yoxdur.

-İnkişafda iradənin rolu nə qədərdir?

-Çox böyükdür. İşləmək və özünə inanmaq. Bu, güclü iradənin forrmulasıdır. Çox adam xa0fikirləşir xa0ki, xa0menecer xa0və reklam olsa, kitabların alınacaq. Bu doğru fikir deyil. Əgər kitab maraqlıdırsa, alacaqlar, oxuyacaqlar. Əgər pis yazılıbsa, min menecer olsa, yenə alınmayacaq, xa0Kitabı dünyda xa0reklamla xa0tanıtmaq olmaz. Gərək oxusunlar ki, yaxşı olduğu təsdiqlənsin. “Harri Poter”x9d belə kitblardandır. Azərbaycanlı xa0yazıçılarımız deyirlər, reklamı yaxşıdır. Xeyir. Oxumuşam, həqiqətən də maraqlıdır.

-Məhsuldar yazıçıya vacib olan beyin gimnastikasıdır. Ondan istifadə edirsinizmi?

-Bəli, edirəm. Üstəgəl də, masaj. Bax, bu gün axşam masaj edən ustam gələcək yanıma. Gimnastikayla da məşğul oluram. Üzürəm də”¦

-Ən çox diqqət yetirdiyiniz saglıq durumları”¦

-Çox xa0nadir xa0hallarda xəstələnirəm. 54 yaşım var. İndiyədk nə zamansa, ciddi xəstələndiyimi xatırlamıram. Məndən bu haqda soruşanda deyirəm ki, istəyirəm xa0sağlam ölüm.

-Səyahət xəstəliklərindən əziyyət çəkirsinizmi?

-Heç vaxt o mərəzlərə tutulmamışam.

-Hazırladığınız sevimli nahar ya saglıqlı qəhvəaltı?

-Çoxdur. Onları aşbazımız hazırlayır. Çay sevirəm. Onu çox yaxşı dəmləyirəm. Məndə elə çaylar var ki”¦ Dünyanın ən məşhur çaylarını dəmləyirəm.Tibetdən Çin, Afrika, ABŞ və Yaponiyadan çaylar gətirirəm.

-Sağlıqlı həyat tərzində vacib olan amillərdən hansına əməl edirsiniz?

Çoxuna əməl edirəm. Sevgi və gözəl qadınlarla görüşmək. Siqaret və içkidən uzağam. Hərdən Anar müəlim deyir ki, gəlin, Çingizin xanımını sevindirək, xa0onu içirdək heç olmasa, bir dəfə sərxoş görsün. Narkotikanın adını, xa0dadını da bilmirəm. xa0Yatmaq bir az problemdir. İstirahət sözünü anlamıram. Kitab xa0yazanda dincəlirəm, xa0istirahət edirəm, yaşayıram. Düzdür, xa0desəm ki, son 3 gecədə üst-üstə 3-4 saat xa0yatmışam inanmazsınz. xa0Ancaq bu belədir. Dünən və bu xa0gün 176 səhifə yazmışam.

-Yazıçı üçün hansı önəmlidir; yuxu, istirahət, qidalanma, şəxsi həyat, ya heç biri?

Heç biri! Yazıçı üçün vacib yazmaq, istədiklərini kağıza köçürə bilməsidir. Yazıçı o vaxt yazmalıdır ki, özü dözə xa0bilməsin. Natiq xa0Rəsulzadə deyir ki, əgər bir az istedadın varsa, o səni belə basmalıdı ki, boğulasan. Yazıçı üçün xa0bu vacibdir.

-Geyim, parfum brenddirsə, saglıqlıdırmı?

Bəli. Brendləri sevirəm, bunu hamı bilir. Əlbəttə, brend sağlıq tərəfini daha çox düşünür. Əsərlərimdə qəhrəmanın həmişə kəməri, ayaqqabısı “Bally”x9d, kostyumları “Brioni”x9d, saatlar bəlli firmalardan olur. Hansısa otellerdə yatır. Neçə ildir xa0“Fahrenheit”x9d parfumden istifadə edirəm. Adamlarda brend olanları sevirəm. Hətta burada otaqda da var. 20 ildir ona öyrəşmişəm. Evdə bu iy yayılanda uşaqlar deyir axı bu sənin qoxundur, ata. İş otağmda rəfdə dayanır.

-Sağlıqla bağlı heç kimə söyləmədikləriniz”¦

Məncə, kişi harasısa ağrıyanda xa0tez qaçıb müalicəyə getməməlidr. Heç bu xa0haqda xanımına xa0da deməməlidir. Özü dözməli, keçinməlidir. Bəlkə də düzgün deyil. Ancaq kişi özünü kişi kimi aparmalıdır. Bir az xəstələnəndə xa0uzanıb ağlamamalıdır. “Ay qoyma, xəstələndim, gəlin mənə baxın”x9d- ,deməməli, nazlanmamalıdır.Belə şeyləri xoşlamıram. İndiyədək zökəmin nə olduğunu bilmirəm, şükür. Uşaqlıqdan xa0beləyəm. Evdə və küçədə ayaqyalın gəzə bilərəm. Amma zökəm olmaram. Yadma gəlmir, anginadan, ya da qrippdən əziyyət çəkim. Özümü sağlam göstərməyə çlışmıram. İki dəfə xaricdə yaralanmışam. Müharibədə olmuşam, kontuziya almışam. Amma buna baxmayaraq, düşünürəm sağlamlıq lazımdır. Atamla anam 80 yaşı keçmişdi, amma özlərinə yaxşı baxırdılar deyə, xəstəlikləri yox idi.

-Silahdan atəş, üzmək ya at çapmaq?

Silahdan atəş açmaq”¦ Daha çox stimul verir.

-Müntəzəm həkim müayinəsi üçün kimə müraciət edirsiniz? Yerli, ya əcnəbi mütəxəsislərə?

-Əcnəbi həkim və mütəxəsislərə. Amma xanımım həkimdir, deyə həkim axtarmağa ehtiyac qalmır.
Təəssüf ki”¦. bu ifadəni sonuncu eşitdiyiniz gün keçirdiyiniz hisslər”¦

Təəssüf edəcəyəm! Əgər axırıncı gündürsə”¦ Ancaq sabah deyəcəm ki, bilifrsiniz, 50 yaşım olanda soruşdular, həyatınızı dəyişərdinizmi, cavab vermişdim ,bir saniyəmi də dəyişməzdim. Bu gün həyatımdan keçən illərin 1 saatını da dəyişmərəm.

-“Bu mənim həyatımdırmi?”x9d deyə özünüzə sual verirsinizmi?

-Bəli. Bu sualı hər gün özümə verirəm. Sonra da təsdiqləyirəm. xa0Bəli, bu, məmim həyatımdır.
Sağlamlıqda sevgi faktoru rol oynayırmı?

-Bəli, həm də çox! Ən vacib faktor həyatda elə sevgidir də”¦

-Şablondan uzaq səmimiliyin gətirdiyi rahatlıq”¦

-Şablondan uzaq olan hər şey rahatlıq gətirir. Səmimlik isə məxsusi rahatlıq yaradır.
Sizin üçün “Sağlamlıq Formulası”x9d nədir?

-Mənim üçün sağlamlıq formulası xa0xəstələnməməkdir. Heç olmazsa, 100 il yaşamaqdır. 100 yaşında sağlam ölməkdir. Osman Sarıvəllinin yaxşı sözü var: “Kim 100 il yaşamasa, günah onun özündədir”x9d”¦(Gununsesi.info)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO