
- A-
- A
- A+
Brüsseldə xərçəng sammitində avrokomissarın üzünə kül səpdilər - Anbaan video
Noyabrın 19-da Brüsseldə keçirilən Avropa Xərçənglə Mübarizə Sammitində Avropa Komissiyasının səhiyyə və heyvanların rifahı üzrə komissarı Oliver Varheyi (Vargheyi) fəalların hücumuna məruz qalıb.
Bizim.Media xəbər verir ki, iki etirazçı onun çıxışı zamanı səhnəyə qalxaraq üzərinə külə bənzər boz toz səpib, daha sonra üzərində “Bir daha xərçəng olmasın” yazılmış köynəklərini nümayiş etdiriblər.
Aksiya iştirakçıları Avropa İttifaqının kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində qaydaların sadələşdirilməsini nəzərdə tutan Omnibus X qanunvericilik paketinə etiraz ediblər. Onlar hesab edirlər ki, bu dəyişikliklər zəhərli pestisidlərin istifadəsinə qoyulan məhdudiyyətləri zəiflədə bilər.
Hadisədən sonra dörd fəal saxlanılıb. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen hücumu pisləyərək demokratik cəmiyyətdə hər kəsin Aİ siyasətini tənqid etmək hüququ olduğunu, lakin fiziki hücumlara haqq qazandırıla bilməyəcəyini deyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































