Toy mərasimində atəş açan şəxslər tutuldu - Video

Toy mərasimində atəş açan şəxslər tutuldu - Video

Hazırda oxunan: Toy mərasimində atəş açan şəxslər tutuldu - Video
649031
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Surqut şəhərində yaşayış binasının həyətində toy mərasimi zamanı atəş açan şəxslər saxlanılıb.

Bizim.Media xəbər verir ki, hadisə günorta saatlarında baş verib. Polis araşdırma zamanı atəşin bir ədəd boş patronla atəş açmaq üçün uyğunlaşdırılmış tapançadan açıldığını müəyyən edib. Silah ekspertizasından sonra hadisəni törədən şəxslər saxlanılıb.
 

Atəş açanlardan biri bacısının toyunda özünü “sərt oğlan” (krutoy) kimi göstərmək istədiyini etiraf edib. Digəri isə bu hərəkəti qardaşının toyunu belə qeyd etmək məqsədilə etdiyini bildirib.


Özlərini “qoçaq” kimi göstərmək istəyən şəxslər yaratdıqları təşvişə görə Surqut sakinlərindən üzr istəyib və bundan sonra hərəkətlərini əvvəlcədən düşünəcəklərinə söz veriblər.

Onlara qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO