Saxta spirtli içkidən 11 nəfər öldü - 180 nəfər zəhərləndi

Saxta spirtli içkidən 11 nəfər öldü - 180 nəfər zəhərləndi

Hazırda oxunan: Saxta spirtli içkidən 11 nəfər öldü - 180 nəfər zəhərləndi
648983
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hindistanın şimal-şərqindəki Manipur ştatında ehtimal olunan saxta spirtli içkinin qəbul edilməsindən sonra 11 nəfər həyatını itirib, hadisə ilə bağlı araşdırmalara başlanılıb. Cümə günü verilən məlumata əsasən, zəhərli içkidən istifadə etdiyi ehtimal olunan 180-dən çox sakin Manipur xəstəxanalarına yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Yerli medianın məlumatına görə, rəsmilər son bir həftə ərzində Manipurun Suqnu şəhərindən alınmış spirtli içkini qəbul edən sakinləri tibbi müayinədən keçməyə çağırıblar. Polis komissarının müavini isə əhaliyə mənşəyi məlum olmayan spirtli içkilərdən istifadə etməməyi tövsiyə edib.

Ştatın Baş naziri Yumnam Khemçand Sinqh cümə günü yaydığı açıqlamada bildirib:

“İki xəstəxanaya indiyədək 180-dən çox xəstə yerləşdirilib, son 48 saat ərzində isə ölənlərin sayı 11-ə çatıb”. O, hadisənin araşdırılması barədə göstəriş verərək təqsirkarların cəzalandırılacağını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO