Bu ölkədə gəmi qəzaya uğradı: 50 ölü var

Bu ölkədə gəmi qəzaya uğradı: 50 ölü var

Hazırda oxunan: Bu ölkədə gəmi qəzaya uğradı: 50 ölü var
648982
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin aşması nəticəsində azı 50 nəfərin həlak ola biləcəyi ehtimal edilir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.

Hadisə Niger çayının deltasındakı qollardan birinin yaxınlığında baş verib.

Gəmi bölgədə bir neçə gün əvvəl baş vermiş oxşar qəzada həlak olanların dəfn mərasiminə gedən sərnişinləri daşıyırmış. Ekspertlər faciənin əsas səbəblərindən biri kimi gəminin həddindən artıq yüklənməsini göstərirlər.

İlkin məlumatlara əsasən, gəmidə təxminən 300 nəfər olub, onlardan 24-ü xilas edilib.

İndiyədək 50-dən çox meyit aşkarlanaraq morqa aparılıb, digər sərnişinlərin taleyi isə hələlik məlum deyil.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO