
- A-
- A
- A+
Finlandiya Rusiyadan və “Qazprom”dan 25 milyard avrodan çox vəsait tələb edir
Finlandiya Rusiya və “Qazprom”dan beynəlxalq arbitraj məhkəmələrinin qərarları əsasında 25 milyard avrodan çox kompensasiya almağa çalışır.
Bizim.Media Yle nəşrinə istinadən xəbər verir ki, ən böyük tələb “Qazprom Export” şirkətinə qarşı irəli sürülüb. Söhbət 2022-ci ildə Almaniyanın Uniper enerji şirkətinə və digər Avropa şirkətlərinə qaz tədarükünün dayandırılması ilə bağlı 16,4 milyard avrodan gedir.
Bundan əlavə, Rusiyadan “YUKOS” işi üzrə 4,3 milyard avro, Ukraynanın “Naftoqaz” şirkətinin iddiası üzrə isə 4,9 milyard avro tələb olunur.
Nəşr bildirir ki, Rusiyanın və “Qazprom”un Finlandiyada həbs edilərək satıla biləcək kifayət qədər əmlakı yoxdur. Ölkədə artıq on milyonlarla avro dəyərində Rusiya aktivlərinə həbs qoyulub.
Bununla belə, Helsinki Apellyasiya Məhkəməsi noyabrın əvvəlində yeni həbsləri dayandırıb. Əvvəllər həbs edilmiş əmlak isə hələlik bu qərardan təsirlənməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































