Slovakiyada sovet marşalı Konevin abidəsini təhqir etdilər - Foto

Slovakiyada sovet marşalı Konevin abidəsini təhqir etdilər - Foto

Hazırda oxunan: Slovakiyada sovet marşalı Konevin abidəsini təhqir etdilər - Foto
649053
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Slovakiyanın şərqində, Kruzlova kəndi yaxınlığında naməlum şəxslər sovet marşalı İvan Konevin abidəsinə çəhrayı boya atıblar. Heykəlin qarşısındakı daş döşəməyə də təhqiramiz yazı yazılıb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.

Abidənin müəllifi Slavomir Gibey müşahidə kameralarının görüntülərini yoxlamaq və abidəni təmizləmək niyyətindədir. Bu, oktyabrın 3-də açılışı keçirilən abidə ilə bağlı artıq üçüncü insidentdir.

Bundan əvvəl “Demokratlar” partiyasının nümayəndələri heykəlin üzərini qanı simvolizə edən parça ilə örtüblər. Onlar bununla heykələ zərər vurmadıqlarını bildiriblər.
 

Daha sonra naməlum şəxslər xatirə lövhəsini sındırıb, postamentə isə macar dilində qırmızı boya ilə “qatil” sözünü yazıblar.


Həmin hadisədən sonra abidənin müəllifi və Slovakiya Antifaşist Mübarizəçilər İttifaqı polisə müraciət ediblər.

Slovakiyada sovet marşalı Konevin abidəsini təhqir etdilər - Foto - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO