Britaniyalı idmançı Hörmüz boğazını üzüb keçdi - Səbəb

Britaniyalı idmançı Hörmüz boğazını üzüb keçdi - Səbəb

Hazırda oxunan: Britaniyalı idmançı Hörmüz boğazını üzüb keçdi - Səbəb
649005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Britaniyalı uzun məsafəli üzgüçü Lyuis Pyu 2026-cı ilin noyabrında Hörmüz boğazında üç gün ərzində 15 kilometrlik məsafəni qət edib. O, bu təşəbbüslə İranla müharibənin dəniz mühitinə vurduğu zərərə diqqət çəkməyə çalışıb.

Bizim.Media xəbər verir ki, okeanların mühafizəsi üzrə 56 yaşlı fəal, BMT-nin Okeanlar üzrə himayədarı Lyuis Pyu Oman sahillərində, Musəndəm yarımadası yaxınlığında üzməyə başlayıb. Üzgüçü səfər zamanı yanan gəmilərin şahidi olub.

İlk üzmə cəhdindən cəmi 20 dəqiqə sonra ərazidə iki partlayış baş verib, təxminən dörd kilometr aralıda neft tankerində yanğın başlayıb. Təhlükəsizlik səbəbindən o, üzməyi müvəqqəti dayandırmalı olub. Növbəti gün isə boğazdan keçidini davam etdirərkən başqa bir gəminin alovlar içində olduğunu müşahidə edib.

Lyuis Pyu xəbərdarlıq edib ki, zədələnmiş tankerlərdən dənizə yayılan çirkləndirici maddələr mərcan riflərinə, manqrov meşələrinə və sahil ekosistemlərinə onilliklər ərzində ciddi zərər vura bilər.

Bununla yanaşı, üzgüçü səfər zamanı delfinlər, dəniz tısbağaları və balıqçıl quşları müşahidə etdiyini bildirib. Onun sözlərinə görə, bu canlıların mövcudluğu müharibə nəticəsində təhlükə altında olan zəngin dəniz biomüxtəlifliyini bir daha xatırladır.

Daha əvvəl Arktika, Antarktida və Qırmızı dənizdə təbiətin mühafizəsinə diqqət çəkmək məqsədilə üzmə təşəbbüsləri həyata keçirən Pyu müharibənin dayandırılmasına, Hörmüz boğazının açılmasına və ətraf mühitə dəymiş zərərin aradan qaldırılmasına çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO