15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqladı

15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqladı

Hazırda oxunan: 15 yaşlı oğlan bacısını "TikTok"da canlı yayımlar açdığına görə bıçaqladı
649076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yevlaxda 25 yaşlı bacısı Sərvinaz Cabbarzadəni bıçaqlayan 2011-ci il təvəllüdlü Cabbar Cabbarzadənin (ad və soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.

Bizim.Media xitab24.az-a istinadən xəbər verir ki, hadisə Sərvinazın "TikTok" sosial şəbəkəsindən istifadə etməsi səbəbindən baş verib.

Belə ki, yeniyetmə bacısına sosial şəbəkədə öz şəkillərini paylaşdığına və canlı yayımlar açdığına görə irad bildirib. Sərvinaz isə bunun onun şəxsi işi olduğunu deyərək qardaşının iradına etiraz edib.

Mübahisə zamanı Cabbar mətbəxdən götürdüyü bıçaqla bacısının kürəyinə iki zərbə endirib və onun sağlamlığına ağır zərər vurub.

Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, C.Cabbarzadə üç il müddətinə azadlıqdan məhrum edilib. Lakin ona iki il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.
 

Məhkəmə kollegiyası hökm çıxararkən cəzanı yüngülləşdirən halların çoxluğunu, təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinə və həyat şəraitinə təsirini, cinayət törədilərkən onun 15 yaşında olmasını, həmçinin hadisə zamanı düşdüyü psixi vəziyyəti nəzərə alıb.


Qeyd edək ki, qardaşı tərəfindən bıçaqlanan Sərvinaz Cabbarzadə evlidir. Onun həyat yoldaşı, iki qardaşı və atası həbsdədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO