4 boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

4 boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi

Hazırda oxunan: 4 boksçumuz Avropa çempionatında yarımfinala yüksəldi
649045
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xorvatiyanın Poreç şəhərində keçirilən boks üzrə U-23 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, mərhələnin ikinci günündə Azərbaycan millisinin daha iki üzvü yarımfinala yüksəlib.

Bilalhəbaşi Nəzərov (50 kiloqram) Filip Horvatı (Çexiya) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27). İkiqat Avropa çempionumuz yarımfinalda David Zaxari (İsrail) ilə döyüşəcək.

Zidan Hünbətov (55 kiloqram) Nikola Maksimoviçdən (Serbiya) güclü olub. O, rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Hünbətov finala gedən yolda Kristofer İppokratla (Fransa) qarşılaşacaq.
 

Beləliklə, yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Məhəmmədəli Aşırəliyev (60 kiloqram) və Nicat Alırzayev (70 kiloqram) da bu hüquqa yiyələnib.


Qeyd edək ki, yarımfinal döyüşləri bu gün, finallar noyabrın 24-də olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO