
- A-
- A
- A+
Nazir Trampa 25 milyon dollar verdi, işdən qovulmadı - Ağ Evdə nə baş verir?
ABŞ-ın ticarət naziri Epşteyn işi ilə əlaqədar Trampa 25 milyon dollar ianə edərək vəzifədən azad olunmaqdan yayınıb
ABŞ Prezidenti Donald Tramp bu ilin əvvəlində ticarət naziri Hovard Latnikin vəzifəsindən kənarlaşdırılması ehtimalını nəzərdən keçirib. Onun istefasının müzakirəsinə səbəb Latnikin vaxtilə maliyyəçi Ceffri Epşteynin şəxsi adasında olduğunu etiraf etməsi olub.
Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri yazıb.
Qəzetin mənbələrinin bildirdiyinə görə, vəziyyət Hovard Latnik Donald Trampın prezident kitabxanasının yaradılması üçün 25 milyon dollar ianə etdikdən sonra dəyişib. Bu vəsait köçürüldükdən sonra dövlət başçısı nazirin işdən çıxarılması məsələsini gündəmə gətirməyi dayandırıb.
WSJ-nin dərc etdiyi məlumatla bağlı Ağ Evin nümayəndələri və ticarət naziri tərəfindən hələlik rəsmi şərh verilməyib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































