“Real” “Selta” üzərində əzmkar qələbə qazandı - Video

“Real” “Selta” üzərində əzmkar qələbə qazandı - Video

Hazırda oxunan: “Real” “Selta” üzərində əzmkar qələbə qazandı - Video
649008
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Madridin “Real” klubu İspaniya futbol çempionatının XIII turunda “Selta” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Bizim.Media  xəbər verir ki, Madriddə keçirilən görüşdə qonaqlar Pablo Duranın 6-cı dəqiqədə vurduğu qolla hesabı açıblar. “Real”ın futbolçusu Cud Bellingem 66-cı dəqiqədə tarazlığı bərpa edib. Görüşün 85-ci dəqiqəsində isə Karlos Espe qələbə qolunu vurub.

Qeyd edək ki, matçın 38-ci dəqiqəsində “Real”ın hücumçusu Kilian Mbappe penaltidən yararlana bilməyib və topu qapının üstündən göndərib.

Bu qələbə Madrid təmsilçisinin İspaniya çempionatında ardıcıl altıncı, bütün turnirlərdə isə ardıcıl doqquzuncu uğuru olub. “Real” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Selta” isə 13 xalla 13-cü yerdədir.

Növbəti turda “Real” noyabrın 28-də doğma meydanda “Alaves”i qəbul edəcək. “Selta” isə noyabrın 29-da “Vilyarreal”la qarşılaşacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO