Trampdan Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlama

Trampdan Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlama

Hazırda oxunan: Trampdan Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlama
649018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında daha genişmiqyaslı atəşkəsə nail olmaq üçün hazırlıq işlərinin aparıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, UNIAN-ın məlumatına görə, Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Vaşinqton Xerson vilayətinin işğal altındakı Oleşki şəhərindən insanların uğurlu təxliyəsindən sonra humanitar razılaşmaların genişləndirilməsi üzərində çalışır.
 

“Bu, möhtəşəm idi. Bu, atəşkəs idi. İnsanlar şəhər və yaşayış məntəqələrindən təxliyə edildi və bu, yəqin ki, onların həyatını xilas etdi. İndi biz bunun daha genişmiqyaslı variantı üzərində işləyirik”, – Tramp bildirib.


ABŞ lideri həyat yoldaşı Melaniya Trampın Moskva ilə Kiyev arasındakı münasibətlərdə göstərdiyi səyləri də yüksək qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Melaniya Tramp Milad bayramına qədər Ukrayna və Rusiya arasında yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO