Ukraynanın 5 bölgəsi işıqsız qaldı

Ukraynanın 5 bölgəsi işıqsız qaldı

Hazırda oxunan: Ukraynanın 5 bölgəsi işıqsız qaldı
649083
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 22-si Ukraynanın beş bölgəsində vətəndaşlar Rusiyanın hava zərbələri səbəbindən elektrik enerjisiz qalıblar. Ən çox ziyan Odessa bölgəsindəki elektrik şəbəkəsinə dəyib.

Bizim.Media Ukrayna Energetika Nazirliyinə istinadla xəbər verir ki, elektrik kəsintiləri Dnepr, Jitomir, Rivne, Odessa və Xarkov bölgələrində qeydə alınıb.

Təmir briqadaları elektrik enerjisini bərpa etmək üçün çalışırlar.

Vəziyyət Odessa bölgəsində ən kritik olaraq qalır. Hava zərbələri bölgədəki həyati əhəmiyyətli enerji obyektlərinə zərər vurub və mütəxəssislərin işini xeyli çətinləşdirib. Buna görə də xeyli sayda istehlakçı hələ də elektrik enerjisiz qalıb.
 

“Zərər əhəmiyyətlidir, ona görə də təmir işləri vaxt aparacaq”, - deyə Energetika Nazirliyi vurğulayıb.


Təmir briqadaları təhlükəyə və çətin şəraitə baxmayaraq, gecə-gündüz işləməyə davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO