Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video

Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video

Hazırda oxunan: Bakıda bir sıra ərazilərə avtomobillə giriş ödənişli olacaq - Video
649043
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının tarixi mərkəzində avtomobil hərəkəti artıq fərqli üsullarla tənzimlənir. İçərişəhərdə sakin olmayan sürücülər üçün ilk 15 dəqiqənin tarifi 3 manatdır.

Bizim.Media xəbər verir ki, Xaqani bağı ətrafında isə əvvəllər həftəsonları tətbiq olunan hərəkət məhdudiyyəti həftənin bütün günlərinə şamil edilib.

Prosesin daha da genişləndiriləcəyi gözlənilir. Belə ki, paytaxtda sürücülərdən avtomobili park etmədən, təkcə müəyyən əraziyə daxil olduğuna görə ödəniş alına bilər. Qanuna təklif edilən dəyişikliyə əsasən, girişin ödənişli olacağı zonaları və tarifləri səlahiyyətli qurum təsdiqləyəcək.

Yeni layihə üzrə konkret ünvan açıqlanmasa da, eksperti Elnur Fərzəliyev mümkün ərazilərdən biri kimi Yasamal rayonundakı keçmiş “Sovetski” adlanan ərazini göstərir.
 

Ekspert deyir ki, bir çox iri və inkişaf etmiş şəhərlərdə bu təcrübədən geniş istifadə edilir. Məsələn, Londonda müəyyən saatlarda şəhərin mərkəzindəki ödənişli zonada avtomobil sürməyin gündəlik haqqı 18 funtdur. Bəzi şəhərlərdə isə müəyyən edilmiş küçələrə daxil olan minik avtomobillərindən gündə bir dəfə haqq tutulur.


Layihəyə görə, giriş haqqı dövlət büdcəsinə ödəniləcək. Ödənişin konkret hansı küçələrdə və nə vaxt tətbiq edilməyə başlanacağı isə açıqlanmayıb.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO