Rusiyanın cəbhədəki gündəlik itkiləri 2-ci Dünya müharibəsinin göstəricilərinə yaxınlaşır

Rusiyanın cəbhədəki gündəlik itkiləri 2-ci Dünya müharibəsinin göstəricilərinə yaxınlaşır

Hazırda oxunan: Rusiyanın cəbhədəki gündəlik itkiləri 2-ci Dünya müharibəsinin göstəricilərinə yaxınlaşır
649000
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts Rusiyanın Ukraynada gündəlik itkilərinin İkinci Dünya müharibəsi dövründəki göstəricilərə yaxınlaşdığını bildirib.

Bizim.Media UNIAN-a istinadən  xəbər verir ki, diplomat bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

Onun sözlərinə görə, Rusiya ordusu hər ay 20-25 min yeni hərbçi cəlb etdiyi halda, eyni müddətdə 30-35 min hərbçi itirir.

Uolts bildirib ki, bu itkilərin miqyası Rusiyanın Əfqanıstan müharibəsində verdiyi itkiləri dəfələrlə üstələyir.

“Bu, Əfqanıstanda itirdiklərindən həndəsi silsilə ilə daha çoxdur və İkinci Dünya müharibəsində gündəlik verdikləri itkilərə – min nəfərə yaxınlaşır. Bu, sadəcə olaraq, qəbuledilməzdir”, – deyə o bildirib.

Amerikalı diplomat hər iki ölkənin uzunmüddətli hərbi əməliyyatlar nəticəsində tükəndiyini və müharibənin davam etdirilməsinin perspektivsiz olduğunu düşünür.

“Bu müharibəni hərbi yolla udmaq mümkün deyil. O, diplomatik yolla başa çatmalıdır”, – deyə Uolts vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO