
- A-
- A
- A+
Litva Kalininqrad vilayətinə zərbələr endirmək üçün hava məkanını təqdim etməyib
Litva hakimiyyəti Rusiyanın Kalininqrad vilayətinə, xüsusilə də pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlara aidiyyəti olduğunu təkzib edib.
Bizim.Media xəbər verir ki, Litvanın xarici işlər naziri Kestutis Budris bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Nazir Litva tərəfinin hücumda iştirakına dair yayılan iddiaların həqiqəti əks etdirmədiyini bildirib.
“Litva Xarici İşlər Nazirliyi Litvanın Rusiya Federasiyasının Kalininqrad vilayətinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumda mümkün iştirakına dair sosial şəbəkələrdə yayılan yalan iddiaları qətiyyətlə rədd edir”, – deyə Budris yazıb.
Nazir vurğulayıb ki, Litva Rusiya ərazisindəki obyektlərə zərbələr endirmək üçün öz hava məkanından istifadəyə heç vaxt icazə verməyib. Onun sözlərinə görə, bu hadisədə də belə bir icazə verilməyib.
Qeyd edək ki, Kalininqrad vilayətinin Baltisk şəhərində Rusiyanın Baltik Donanmasının hərbi-dəniz bazası yerləşir.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































