ABŞ-ın yeni reaktiv kamikadze dronu

ABŞ-ın yeni reaktiv kamikadze dronu

Hazırda oxunan: ABŞ-ın yeni reaktiv kamikadze dronu
649023
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-ın Vector şirkəti kütləvi istehsal və minimum texniki xidmət üçün nəzərdə tutulmuş uzaqmənzilli zərbə dronu – Bombard-ı hazırlayıb.

Bizim.Media xəbər verir ki, Axios-un məlumatına görə, pilotsuz uçuş aparatının uçuş məsafəsi 1100 kilometrə, kruiz sürəti saatda 378 kilometrə çatır. Dron 50 kiloqramadək faydalı yük daşıya bilir, maksimal uçuş çəkisi isə 127 kiloqramdır.

Bombard impuls-reaktiv mühərriklə təchiz olunub. O, döyüş tapşırığını avtonom şəkildə yerinə yetirmək və hətta GPS siqnalı olmadan istiqamətini müəyyənləşdirmək qabiliyyətinə malikdir.

İstehsalçılar bildirirlər ki, dron müasir döyüş meydanının real tələbləri nəzərə alınmaqla, hərbçilərlə sıx əməkdaşlıq şəraitində hazırlanıb.

Müqayisə üçün qeyd edək ki, Rusiyanın “Geran-2” (Shahed-136) dronu saatda təxminən 180 kilometr sürətlə uçur və 1000-2500 kilometr məsafə qət edə bilir. Daha yeni reaktiv “Geran-5”in sürəti saatda 450-600 kilometr, uçuş məsafəsi isə təxminən 950 kilometrdir.
 

Ukraynanın “Lyutıy” dronunun kruiz sürəti saatda 150 kilometr, uçuş məsafəsi isə bəzi qiymətləndirmələrə görə 1500-1700 kilometrdir. Reaktiv “Peklo” dronu isə saatda təxminən 700 kilometr sürətlə 700 kilometrədək məsafə qət edə bilir.


Beləliklə, Bombard adi “Şahid” dronundan təxminən iki dəfə sürətli olsa da, uçuş məsafəsinə görə bəzi mövcud pilotsuz aparatlarından geri qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO