Tereza Mey Britaniyanın Avropa İttifaqına qayıtması ideyasına qarşı çıxdı

Tereza Mey Britaniyanın Avropa İttifaqına qayıtması ideyasına qarşı çıxdı

Hazırda oxunan: Tereza Mey Britaniyanın Avropa İttifaqına qayıtması ideyasına qarşı çıxdı
649093
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyanın sabiq Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqına (Aİ) yenidən üzv olması ehtimalını kəskin tənqid edib və hazırkı hökumət başçısı Endi Börnhemi “Brexit” məsələsini yenidən gündəmə gətirməməyə çağırıb.

Bizim.Media xəbər verir ki, Tereza Mey BBC telekanalının “Sunday with Laura Kuenssberg” proqramına müsahibəsində Baş nazirin Böyük Britaniyanın Aİ-yə qayıtması imkanını nəzərdən keçirməsindən ciddi narahatlıq keçirdiyini bildirib.
 

“Brexit” artıq baş tutub. Sadəcə bunu qəbul edin və yolunuza davam edin”, – deyə sabiq Baş nazir vurğulayıb. Onun sözlərinə görə, Endi Börnhem ölkənin Aİ-dən çıxması ilə bağlı keçirilmiş referendumun nəticələrini yenidən müzakirə etməyə çalışır. Tereza Mey hesab edir ki, hökumət keçmiş qərarları yenidən nəzərdən keçirmək əvəzinə, ölkənin hazırda üzləşdiyi problemlərin həllinə diqqət yetirməlidir.


Qeyd edək ki, bu həftə Brüsseldə keçirilən sammitdə Endi Börnem Böyük Britaniya ilə Avropa İttifaqı arasında gələcək münasibətlərin mümkün istiqamətləri barədə yeni ideyaları müzakirə etmək istədiyini bildirib.

2016–2019-cu illərdə Böyük Britaniyanın Baş naziri olmuş Tereza Mey ölkənin Aİ-dən çıxması ilə bağlı üç il davam edən mürəkkəb danışıqlara rəhbərlik edib. O, Baş nazir vəzifəsinə gəlməzdən əvvəl keçirilən referendumda Böyük Britaniyanın Avropa İttifaqında qalmasını dəstəkləsə də, sonradan “Brexit” qərarının həyata keçirilməsinə çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO