"Qızıl top"un sahibi əməliyyat olundu - Foto

"Qızıl top"un sahibi əməliyyat olundu - Foto

Hazırda oxunan: "Qızıl top"un sahibi əməliyyat olundu - Foto
648992
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın "Bavariya" futbol klubunun və İngiltərə millisinin hücumçusu Harri Keyn topuq bağlarının qopması səbəbindən əməliyyat olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Keyn sosial şəbəkə hesabında paylaşım edib.

O, xəstəxanadan fotosunu da yayımlayıb.

"Həyatda həm yüksəlişlər, həm də enişlər olur. Belə zədə almaq, əlbəttə ki, çox üzücüdür. Lakin həmişə olduğu kimi, bunu dözümlülük nümayiş etdirmək və 2027-ci il ərəfəsində daha da güclənmək üçün bir fürsət hesab edirəm. Mövsümün sonuna qədər tam gücümlə və hazır vəziyyətdə qayıdacağam", - deyə o bildirib.

33 yaşlı hücumçu bu zədəni ötən gün Almaniya çempionatının 10-cu turunda "Köln"lə keçirilən oyunda (1:1) alıb. O, matçın 20-ci dəqiqəsində əvəzlənib. Daha sonra "Bavariya" Keynin bir neçə ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.

Qeyd edək ki, oktyabrın 26-da Keyn ötən mövsümün dünyanın ən yaxşı futbolçusu kimi "Qızıl top" mükafatına layiq görülüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO