Avstraliyalı deputat parlamentdə sevgilisinə evlilik təklifi etdi - Video

Avstraliyalı deputat parlamentdə sevgilisinə evlilik təklifi etdi - Video

Hazırda oxunan: Avstraliyalı deputat parlamentdə sevgilisinə evlilik təklifi etdi - Video
649073
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avstraliyanın Yeni Cənubi Uels ştatının 32 yaşlı deputatı Cordan Leyn 19 noyabrda parlamentdəki çıxışı zamanı 10 ildən artıqdır münasibətdə olduğu sevgilisi Natali Hissiyə evlilik təklifi edib.

Bizim.Media xəbər verir ki, siyasətçi 2027-ci ilin martında keçiriləcək seçkilərdən əvvəl siyasətdən getmək qərarına gəldiyini açıqlayaraq parlamentdə vida nitqi söyləyib.
 

Çıxışının sonunda üzük çıxaran Leyn sonuncu sualının Rayd dairəsinin deputatı kimi deyil, Natalidən ötrü olduğunu bildirib və ondan evlənməsini istəyib.


Natali təklifi qəbul edib. Parlament zalında deputatlar bu anı alqışlarla qarşılayıblar.

Leyn zarafatla Natalinin cavabının parlament iclaslarının rəsmi protokolu olan “Hansard”a daxil edilməsini istəyib. Parlamentin spikeri Qreq Payper isə bu çağırışın “sevgi parlamenti” kimi yadda qalacağını bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO