
- A-
- A
- A+
Gizli şəkildə filmlərə çəkilən 56 yaşlı məmur işdən çıxarıldı - Foto
İsveçdə porno filmlərə gizli çəkilən 56 yaşlı məmur işdən çıxarılıb. Lars Eriksson Yokkmokk bələdiyyəsinin administrasiyasına rəhbərlik edib. O, porno filmlərdə Hans təxəllüsü ilə çəkilib və özünü “Vikinq” adlandırıb.
Bizim.Media xəbər verir ki, məmurun ikili həyatı jurnalistlər tərəfindən üzə çıxarılıb.
Porno mükafatlarının təqdimetmə mərasimində çəkilmiş fotolara baxan jurnalistlər tanış simanı tanıyıblar. 2018–2026-cı illərdə onun iştirakı ilə ümumilikdə səkkiz film yayımlanıb.
Eriksson özü isə 2022-ci ildə çəkilişləri dayandırdığını iddia edir.
Bundan sonra bələdiyyə administrasiyası Erikssonu işdən azad edib. Əmək münasibətlərinə xitam verilməsinə görə ona yeddi aylıq əməkhaqqı məbləğində – 594 min İsveç kronu (təxminən 100 min manat) təzminat ödənilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































