
- A-
- A
- A+
Rusiya dənizçiləri Britaniya donanmasının gözü qarşısında biabır oldu
Rusiya hərbi gəmisi Böyük Britaniya sahilləri yaxınlığında özünə məxsus yanacaqdaşıyan tankerlə toqquşub.
Bizim.Media “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 21-23-də Esseks qraflığı sahillərində baş verib.
“Neustrashimıy” freqatı “Valentin Rıkov” yanacaq tankerinə yan almağa çalışarkən əlverişsiz hava şəraiti və güclü dalğalar səbəbindən gəmilər toqquşub.
Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbə hadisəni dənizçilik bacarığının xaotik nümayişi adlandırıb və bunun Britaniya sularına neft sızmasına səbəb ola biləcəyini bildirib.
Nəşr qeyd edir ki, hər iki gəminin gövdə və üst konstruksiyalarına ziyan dəymiş ola bilər. Hadisə Britaniyanın ərazi sularından kənarda baş verib. Rusiya freqatının hərəkətləri Britaniya Kral Donanmasının HMS Tyne patrul gəmisi tərəfindən izlənilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































