Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

Hazırda oxunan: Altıağac–Xızı yolunda sürüşmənin fəsadları ARADAN QALDIRILIR - VİDEO

640977

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında güclü yağışlar və sel axınlarının təsiri ilə sürüşmə baş vermiş Altıağac–Xızı avtomobil yolunun 17-ci kilometrlik hissəsində bərpa və möhkəmləndirmə tədbirləri aparılır.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, hazırda sürüşmənin törətdiyi dağıntıların ləğv edilməsi istiqamətində ərazidə geniş həcmli və təxirəsalınmaz tədbirlər reallaşdırılır.

İşlərin operativ və təhlükəsiz qaydada yerinə yetirilməsi üçün əraziyə lazımi sayda canlı qüvvə, ixtisaslaşdırılmış texnika və mexanizmlər səfərbər edilib:

“Həyata keçirilən tədbirlər çərçivəsində sürüşmə səbəbindən deformasiyaya məruz qalmış yol hissələri yenidən qurulur, hərəkət zolağına və ətraf sahələrə yığılmış torpaq kütlələri təmizlənir, yol örtüyünün dayanıqlığının artırılması üçün lazımi möhkəmləndirmə işləri görülür.
 

Eyni zamanda, yağıntılı hava şəraitinin yarada biləcəyi potensial təhlükələrin minimuma endirilməsi və yolun etibarlı istifadəsinin təmin olunması məqsədilə profilaktik xarakterli qabaqlayıcı tədbirlər də icra edilir.


Aparılan işlərin başlıca hədəfi Altıağac–Xızı avtomobil yolunun təhlükəsiz və dayanıqlı vəziyyətə qaytarılması, nəqliyyat vasitələrinin hərəkətinin bütünlüklə bərpası və bölgədə fasiləsiz nəqliyyat əlaqəsinin yenidən qurulmasıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO