"Arzum"un vəsatəti təmin olundu: Ekspertiza yenidən keçiriləcək - VİDEO

"Arzum"un vəsatəti təmin olundu: Ekspertiza yenidən keçiriləcək - VİDEO

Hazırda oxunan: "Arzum"un vəsatəti təmin olundu: Ekspertiza yenidən keçiriləcək - VİDEO

629828

Yol-nəqliyyat hadisəsində bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclası keçirilib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkən tərəfin vəkili vəsatət qaldıraraq məhkəmənin tərkibinə etiraz etsə də, etiraz qəbul edilməyib.

Daha sonra İlduzə Hacıyevanin vəkilləri hadisə yerindən İlduzə Hacıyevanı xəstəxanaya aparan İlham İbrahimovun əlavə şahid kimi ifadə verməsi ilə bağlı vəsatət veriblər və vəsatət təmin edilib.

Təqsirləndirilənin vəkillərinin sonuncu vəsatəti isə baş verən hadisə ilə bağlı yenidən kompleks ekspertizanın təyin edilməsi ilə bağlı olub.

İlkin ekspertiza zamanı araşdırılmayan xüsusatların yenidən araşdırılması məqsədilə yenidən avtotexniki ekspertiza, videoğörüntü ilə bağlı ekspertiza və trasoloji ekspertizanın yenidən keçirilməsi istənilib.

Müşavirədən sonra vəkillərin bu vəsatətləri də təmin edilib.

Məhkəmənin növbəti prosesi qeyri müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, İlduzə Haciyeva ilə bağlı Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu proses zamanı prokuror onun 5 il 9 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif etsə də, prosesin sonunda məhkəmənin hökmü ilə 2 il 6 ay sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunmuşdu.
 

Təqsirləndirilən tiktoker barəsində verilən hökmdən narazı olduğu üçün apellyasiya şikayətinin ilk prosesində İlduzə Hacıyeva məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.


Qeyd edək ki, prosesdə İlduzə Hacıyevanın Almaniya vətəndaşı olan həyat yoldaşı Denis də prosesdə iştirak edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO