Rusiyanın Odessaya endirdiyi zərbə nəticəsində şəhərdəki avtodayanacaqların birində güclü yanğın başlayıb.
Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, hücumdan dərhal sonra yanğın ərazisi genişlənərək onlarla avtomobili əhatə edib.
Hadisə yerindən yayılan görüntülərdə alovun yüksəklikdən görünən böyük bir sahəyə yayıldığı müşahidə olunur. İlkin məlumatlara görə, hücum nəticəsində çox sayda nəqliyyat vasitəsi tamamilə yararsız hala düşüb.
Hücumun nəticələri və mümkün tələfat barədə rəsmi məlumatlar dəqiqləşdirilir.
Bizim.Media





































































































