Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO

Hazırda oxunan: Bir vaxtlar Azərbaycanda televiziya ulduzu idi, indi Amerikada yuxa bişirir: "Utanmıram..." – VİDEO
623489
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Hazırda ABŞ-da yaşayan tanınmış azərbaycanlı aparıcı və aktrisa Tunay Əliyeva həftə sonları restoranda yuxa bişirir.

Bizim.Media xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında məlumat verib.
 

“Amerikada 6 ilim tamam oldu. Amma bu 6 ildə səhhətimlə bağlı o qədər əziyyətlər çəkdim ki, nə siz soruşun, nə də mən danışım… O dəhşətli günləri xatırlamaq belə istəmirəm. Buna baxmayaraq, o ağır xəstəliklərlə mübarizə apara-apara işləməli idim. Elə buna görə də bu 6 ildən sonra hələ də maddi baxımdan demək olar ki, eyni nöqtədəyəm.


Amma bu gün sağlamam, güclüyəm, ümidlə doluyam. Və çox xoşbəxtəm.

Həftə sonları restoranda işləyirəm və bu fiziki əmək sanki mənə böyük bir həyat məktəbi keçir.
Mənim üçün azad və müstəqil olmaq heç vaxt məsuliyyətsizlik demək olmayıb. Əksinə, azadlıq öz zəhmətinlə yaşamaq, heç kimə yük olmamaq, alın təri ilə qazandığın çörəyi qazanmaq və həyatının məsuliyyətini öz üzərinə götürməkdir.

Əziz gənclər, unutmayın: heç bir halal əmək insanı kiçiltmir”, - deyə T.Əliyeva bildirib.

Xatırladaq ki, Tunay Əliyeva uzun illər Azərbaycanda müxtəlif televiziya kanallarında çalışıb. Bundan əlavə o, aktyorluq fəaliyyəti ilə də məşğul olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO