Zelenskidən Putinə TƏKLİF: Konstantinovskanı tutubsansa, gəl orda görüşək - FOTO-VİDEO

Zelenskidən Putinə TƏKLİF: Konstantinovskanı tutubsansa, gəl orda görüşək - FOTO-VİDEO

Hazırda oxunan: Zelenskidən Putinə TƏKLİF: Konstantinovskanı tutubsansa, gəl orda görüşək - FOTO-VİDEO

623415

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya rəhbərliyinə meydan oxuyaraq, onları Konstantinovskanı "ələ keçirmələri" ilə bağlı iddialarını sübut etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, iyulun 3-də Rusiya Prezidenti Vladimir Putin hərbi komandanlıqla görüşündə rus qoşunlarının Donetsk vilayətindəki Konstantinovka şəhərini tam nəzarətə aldığını elan edib.

Ukrayna Prezidenti bu bəyanatı "növbəti Rusiya yalanı" adlandırıb. O, satirik bir tərzdə Putinə müraciət edərək bildirib:

"Əgər Konstantinovka hazırda Rusiya nəzarətindədirsə, o zaman Putinin orada mənimlə görüşməsi və müharibəyə son qoymaq üçün diplomatik həll yolları tapması yəqin ki, problem yaratmayacaq".
 

Ukrayna Baş Qərargahı və cəbhədəki hərbi qruplaşmalar şəhərin Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olduğunu təsdiqləyib. Hərbi analitiklər və "İnstitut for the Study of War" (ISW) ekspertləri də Putinin bəyanatlarının döyüş meydanındakı reallıqları əks etdirmədiyini, bunun sadəcə süni uğur görüntüsü yaratmaq məqsədi daşıdığını vurğulayırlar.


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin bu təklifinə birbaşa cavab verməyib, əvəzində isə Ukrayna Prezidentini "mühüm və məsuliyyətli qərarlar qəbul etməyə hazır olanda" Moskvaya dəvət etdiklərini bildirib.

Bu hadisə cəbhədəki vəziyyətlə bağlı tərəflərin informasiya müharibəsindəki növbəti kəskin qarşıdurma kimi qiymətləndirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO