Rusiyanın ən iri neftayırma müəssisələrindən biri olan Kstovo şəhərindəki "LUKOYL-Nijeqorodnefteorqsinez" neft emalı zavodu (NEZ) hücuma məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ukrayna mediası yayıb.
Sözügedən müəssisə il ərzində 17 milyon tona qədər neft emal etmək gücünə malikdir. Zavodda Rusiya ordusunun Ukraynaya qarşı müharibəni davam etdirməsinə logistik və maddi dəstək verən benzin, dizel və aviasiya kerosini istehsal olunur.
Hücum nəticəsində zavoda dəyən ziyanın miqyası dəqiqləşdirilir.


Bizim.Media


































































































