Fələstindən İsrailə doğru qazılan yeraltı tunel aşkar edildi – FOTO/VİDEO

Fələstindən İsrailə doğru qazılan yeraltı tunel aşkar edildi – FOTO/VİDEO

Hazırda oxunan: Fələstindən İsrailə doğru qazılan yeraltı tunel aşkar edildi – FOTO/VİDEO

621283

İsrailin hüquq-mühafizə orqanları və sərhəd polisi (MAGAV) Fələstin ərazilərindən İsrail istiqamətinə doğru qazılmış, təxminən 25 metr dərinliyində yeraltı tunel aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı İsrail Polisinin mətbuat xidməti yayıb.

Əraziyə dərhal təhlükəsizlik qüvvələri cəlb olunub və tuneldən qazıntı işləri üçün istifadə olunan müxtəlif alətlər və xüsusi avadanlıqlar müsadirə edilib.
 

Hadisə yerində araşdırma aparan kriminalistlər qazıntı sahəsindən DNT nümunələri aşkar etməyə nail olublar. Bioloji izlərin operativ təhlili nəticəsində tunelin qazılmasında şübhəli bilinən iki nəfərin şəxsiyyəti qısa müddətdə müəyyən edilib.


Keçirilən xüsusi əməliyyatla əslən Əl-Eyzariyyə qəsəbəsindən olan fələstinli və Şərqi Qüds sakini olan iki nəfər (hər ikisinin təxminən 30 yaşı var) saxlanılaraq dindirilmək üçün istintaqa təhvil verilib.

İstintaqın ilkin rəyinə görə, sözügedən gizli yeraltı keçid İsrail ərazisinə qanunsuz daxil olmaq və terror fəaliyyəti həyata keçirmək məqsədilə hazırlana bilərdi. Hazırda faktla bağlı genişmiqyaslı əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO