Azərbaycanı təmsil etmək istəyən Plyuşşenko ilə bağlı YENİ XƏBƏR - VİDEO

Azərbaycanı təmsil etmək istəyən Plyuşşenko ilə bağlı YENİ XƏBƏR - VİDEO

Hazırda oxunan: Azərbaycanı təmsil etmək istəyən Plyuşşenko ilə bağlı YENİ XƏBƏR - VİDEO

620952

Beynəlxalq Konki Sürənlər İttifaqı (ISU) ikiqat olimpiya çempionu Yevgeni Plyuşşenkonun oğlu Aleksandr Plyuşşenkonun idman vətəndaşlığını dəyişərək Azərbaycan yığmasına keçidi ilə bağlı rəsmi prosedur qaydalarını xatırladıb və son müddəti müəyyən edib.

Bizim.Media xəbər verir ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, idmançıların bir ölkədən digərinə keçidi prosesi müstəsna olaraq ISU-ya üzv olan milli federasiyalar arasında müzakirə edilir.
 

Müvafiq rəsmi sorğular cari ilin 1 iyul tarixinə qədər ISU-ya təqdim olunmalıdır. Bu müddətdən sonra daxil olan müraciətlərə baxılması növbəti mərhələyə qala bilər. İttifaq rəsmiləri sənədlər qəbul edildikdən sonra yekun qərarın çıxarılması üçün müəyyən zaman tələb olunacağını vurğulayıblar.


Xatırladaq ki, 13 yaşlı Aleksandr Plyuşşenkonun 2026/2027-ci illər mövsümündən etibarən beynəlxalq arenada Azərbaycanı təmsil edəcəyi barədə qərar Rusiya Artistik Konki Sürmə Federasiyasının iclasında təsdiqlənib və idmançıya rəsmi icazə (otkreplenie) verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO