Əsgərlərimiz Xocalıda ermənilərin dərsini belə verdi – VİDEO 

Əsgərlərimiz Xocalıda ermənilərin dərsini belə verdi – VİDEO 

Hazırda oxunan: Əsgərlərimiz Xocalıda ermənilərin dərsini belə verdi – VİDEO 

62047

Azərbaycan tərəfi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fəaliyyət göstərən separatçılara xəbərdarlıq edib.  

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda Azərbaycan tərəfinin separatçılara səsgücləndiricilər vasitəsilə ermənicə xəbərdarlıq etdiyi öz əksini tapıb. 

Xəbərdarlıqda deyilib: 

"Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın! Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin! Təhlükəsizliyiniz üçün işi dayandırın və dərhal ərazini tərk edin! Əks halda qanunu pozanlara qarşı sərt tədbirlər görüləcək." 

Qeyd edək ki, hadisənin Xocalı rayonu ərazisində baş verdiyi bildirilir. Olaya səbəb kimi isə, erməni seprataçılarının səngər qazmağa cəhd etməsi göstərilib. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO