İmişlidə bu ailəyə ümumilikdə 2259 manat sosial ödəniş edilir – VİDEO

İmişlidə bu ailəyə ümumilikdə 2259 manat sosial ödəniş edilir – VİDEO

Hazırda oxunan: İmişlidə bu ailəyə ümumilikdə 2259 manat sosial ödəniş edilir – VİDEO

615482

İmişlinin Qaragüvəndikli kəndində yaşayan çoxuşaqlı Talıbovlar ailəsinə ümumilikdə 2259 manat sosial ödəniş edilir.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdilinin “Facebook” hesabında məlumat verib.

“İmişlinin Qaragüvəndikli kəndində yaşayan çoxuşaqlı Talıbovlar ailəsi ilə bağlı İTV-nin pozitiv süjetini izlədik.
 

Təbii ki, qayğı və sevgi mühitinin hökm sürdüyü, hər uşağın valideyn nəvazişi ilə əhatə olunduğu belə ailələri görmək insanda xoş duyğular yaradır. Qeyd edim ki, 8 uşağın böyüdüyü bu ailənin sosial dəstəklə təminatı üçün DSMF tərəfindən müvafiq işlər aparılıb.


Süjetdə ailəyə ödənildiyi bildirilən 1120 manat Talıbovlar ailəsinə beşdən çox uşağın olmasına görə ödənilən müavinətdir. Bu müavinətlə yanaşı, həmin ailə davamlı olaraq ünvanlı sosial yardım proqramı ilə əhatə olunub.

Hazırda da ailə ünvanlı sosial yardım və ailədəki 1 yaşadək uşağa müavinət olaraq 1139 manat aylıq sosial ödənişlə təmin olunur.

Yəni, ailəyə hazırda ümumilikdə 2259 manat sosial ödəniş edilir və bundan sonra da digər çoxuşaqlı ailələr kimi, Talıbovlar ailəsi də daim diqqətdə saxlanacaq”, - paylaşımda deyilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO