Yanğında ölən Samirin 10 gün öncəki səs yazısı - Binadan şikayət edibmiş – VİDEO

Yanğında ölən Samirin 10 gün öncəki səs yazısı - Binadan şikayət edibmiş – VİDEO

Hazırda oxunan: Yanğında ölən Samirin 10 gün öncəki səs yazısı - Binadan şikayət edibmiş – VİDEO
582134
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun səs yazısı yayılıb.

Bizim.Media xəbər verir ki, o, hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az -a müraciət edib.

Sözügedən səs yazısında S.Məhəmmədov zirzəminin qanunsuz satıldığını və həmin sahədə “Loft” restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini söyləyib.

“MTK binanın zirzəmisinin böyük bir hissəsini birinci mərtəbədə yerləşən obyektin sahibinə satdı. O zamandan bəri nə zirzəmimiz var, nə də qarajımız. “Loft” restoranının fəaliyyəti sakinlərin dinc yaşamasına imkan vermir. Restoranın girişi yoxdur. “Loft Dent” adlı klinikaya girirsən, oradan da restorana düşürsən”, - deyə faciəvi hadisənin qurbanı müraciətində bildiribmiş.
 

Qeyd edək ki, Samir Məhəmmədov “Kapital Bank”da layihə meneceri olaraq çalışıb. Bədbəxt hadisə zamanı onun ailə üzvləri də tüstüdən zəhərləniblər. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl və həyat yoldaşı Marta Ramazanova özəl xəstəxanalardan birinin Reanimasiya şöbəsinə köçürülüblər, vəziyyətləri ağır olaraq qalır. Digər oğlu Danielin vəziyyəti isə qənaətbəxşdir.


Həmin səs yazısını təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO