“28 May”da oturacaqlar niyə sökülüb? – VİDEO

“28 May”da oturacaqlar niyə sökülüb? – VİDEO

Hazırda oxunan: “28 May”da oturacaqlar niyə sökülüb? – VİDEO
274139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Metronun “28 May” stansiyasında sərnişinlər üçün nəzərdə tutulan oturacaqlar sökülüb. 

Bizim.Media Barometr TV-yə istinadən xəbər verir ki, qərarın yaşlılar, uşaqlı qadınlar və səhhətində problem olan sərnişinlər üçün çətinlik yaratdığı qeyd olunub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, bu addım sərnişin sıxlığı və hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə atılıb:
 

“28 May” stansiyası sərnişin sıxlığı ilə seçilən stansiyalardan biridir. Bu səbəbdən görülən işlər sərnişinlərin maraqlarına xidmət edir. “28 May”da sərnişinlərin hərəkət təhlükəsizliyini və qatara minib-düşmə rahatlığını təmin etmək məqsədilə platformanın sərnişin axını xüsusi intensiv olan stansiya yolu sahəsində oturacaqlar ləğv edilib. Lakin sərnişinlər stansiyanın orta zalında əyləşə bilərlər”.


Ətraflı videomatrealda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO