“Sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırıq” - Ceyhun Bayramov - VİDEO

“Sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırıq” - Ceyhun Bayramov - VİDEO

Hazırda oxunan: “Sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırıq” - Ceyhun Bayramov - VİDEO

25891

“Biz reallığa fokuslanmalıyıq. Reallıq isə burudr ki, müstəqillik qazandıqdan bəri ilk dəfədir Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırma üçün unikal şans yaranıb”.

Bizim.Media-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov “TRT World”a müsahibəsində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə görüşdü - FOTO


O bildirib ki, ortada təxminən 30 illik düşmənçilik, işğal, müharibənin ağır nəticələri var:

“Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq. Bu proses Azərbaycan üçün də asan deyil, çünki hadisələrin hamısı yenidir.”, - deyə  nazir qeyd edib. 

C.Bayramovun sözlərinə görə, Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır.

“Ermənistandan da bu səviyyədə siyasi iradə və real addımlar gözləyirik”,- o əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO