Masazırda sərnişin avtobusu qəzaya düşdü: Xəsarət ALAN VAR – VİDEO

Masazırda sərnişin avtobusu qəzaya düşdü: Xəsarət ALAN VAR – VİDEO

Hazırda oxunan: Masazırda sərnişin avtobusu qəzaya düşdü: Xəsarət ALAN VAR – VİDEO

241290

Abşeron rayonunun Masazır kəndində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, hadisə Masazır gölü ətrafında baş verib.

Hadisə zamanı Novxanı - Xırdalan istiqamətində hərəkət edən 535 nömrəli sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsindən fakt təsdiqlənib.
 

Qeyd olunub ki, hadisə ötən gün saat 16:00-da Masazır-Saray-Təzə yol avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində baş verib.


"535 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, Rasim Vəliyevin idarə etdiyi "Daewoo" markalı, 50-AG-981 dövlət qeydiyyat nişanlı avtobusla Ehtiram Məmmədovun idarə etdiyi "Mercedes" markalı, 77-NE-159 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Qəza nəticəsində avtobusun sərnişini - Abşeron rayon sakini Gülyanaq Cəfərova xəsarət alıb. Əraziyə DYP əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO