Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO

Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO
218168
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşüb, iki ölkə arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdə keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. 

General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib:

"İki ölkə arasında hərbi əlaqələr dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsi əhəmiyyətlidir". 

Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb. 

General S.Ş.Mirza Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə həmçinin ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. 
 

Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb. Baş Qərargahda keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. 


Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. 



Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 1
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 2
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 3
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 4
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 5
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 6
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 7
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 8
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 9
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 10
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 11
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə edildi – FOTO/VİDEO - foto 12

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO