Bakıda bu gün də yağış yağacaq – PROQNOZ

Bakıda bu gün də yağış yağacaq – PROQNOZ

Hazırda oxunan: Bakıda bu gün də yağış yağacaq – PROQNOZ

218087

Bu günə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. 

Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
 

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 14-17°, axşam 12° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gündüz 15-20° isti, dağlarda gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Qeyd edək ki, oktyabrın 22-də yağan güclü yağış nəticəsində 2 nəfər tuneldə boğularaq ölüb və paytaxtın bəzi ərazilərində evləri su basıb, yollar bağlanıb. Bir çox avtomobillər isə su altında qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO