Dəniz şirləri Kaliforniya dənizini ələ keçirdi – FOTO/VİDEO

Dəniz şirləri Kaliforniya dənizini ələ keçirdi – FOTO/VİDEO

Hazırda oxunan: Dəniz şirləri Kaliforniya dənizini ələ keçirdi – FOTO/VİDEO
208011
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yüzlərlə dəniz şiri ABŞ-ın Kaliforniya ştatındakı San Karlo dənizini ələ keçirib. 

Bizim.Media “The Reuters”ə istinadən xəbər verir ki, yerli rəsmilər sözü gedən əraziyə girişə məhdudiyyətlər qoyublar. 

Yerli sakinlər daha öncə Kaliforniyada belə bir mənzərə görmədiklərini qeyd ediblər. Onlar dəniz şirlərinin şəkillərini çəkir, mənzərədən zövq almaq üçün lentlərlə bağlanmış ərazinin qarşısında dayanırlar. 

Monterey Körfəzi Milli Dəniz Qoruğunun dəniz bioloqu Lisa Uttal bildirib ki, su şirlərinin gəlməsinin səbəbi yaxşı ekosistemdən qaynaqlanan qida dəstəyi ola bilər. 
 

“Bu heyvanlar Ventura və Şannel adasından köç ediblər. Çox vaxt qida axtardıqları zaman belə kütləvi şəkildə dəniz kənarlarına gəlirlər. Hələ 3-4 həftə burda qalacaqları gözlənilir”, - dəniz bioloqu qeyd edib. 


Xatırladaq ki, 1972-ci ildə ABŞ-da qəbul edilən dəniz məməlilərinin mühafizəsi haqqında qanuna əsasən, insanların onlara çox yaxınlaşması və onları qaçmağa təhrik etməsi qadağan edilmişdir. 




Dəniz şirləri Kaliforniya dənizini ələ keçirdi – FOTO/VİDEO - foto 1
Dəniz şirləri Kaliforniya dənizini ələ keçirdi – FOTO/VİDEO - foto 2
Dəniz şirləri Kaliforniya dənizini ələ keçirdi – FOTO/VİDEO - foto 3
Dəniz şirləri Kaliforniya dənizini ələ keçirdi – FOTO/VİDEO - foto 4
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO