Bakıda ağır QƏZA: İki avtomobil TOQQUŞDU – ANBAAN VİDEO  

Bakıda ağır QƏZA: İki avtomobil TOQQUŞDU – ANBAAN VİDEO  

Hazırda oxunan: Bakıda ağır QƏZA: İki avtomobil TOQQUŞDU – ANBAAN VİDEO  

167340

Ötən gün axşam saatlarında 8 Noyabr prospektində (“Asiman” şadlıq sarayının qarşısı) yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən xəbərə görə, qəza nəticəsində 1 ədəd svetofor dirəyi və onun idarəetmə qutusu, eləcə də yolda olan elektrik paylayıcı lövhə sıradan çıxıb.

Hazırda yolda sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə işlər görülür.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən yol nişanlarının tələblərinə və sürət həddinə əməl etməyi xahiş edir. 
 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO