Bu yolda qəza olsa, ölən günahkardır – Dəmir Yolları idarəsi məsuliyyət daşımır? - VİDEO

Bu yolda qəza olsa, ölən günahkardır – Dəmir Yolları idarəsi məsuliyyət daşımır? - VİDEO

Hazırda oxunan: Bu yolda qəza olsa, ölən günahkardır – Dəmir Yolları idarəsi məsuliyyət daşımır? - VİDEO

16185

“Dəmir yolunda qəza baş verdi”, “qatarla avtomobil toqquşdu”,  başlıqları ilə  manşet olan xəbərləri  saytlarda az oxumamışıq. Əgər hər hansısa bir ölçü götürülməsə, Yeni Suraxanı qəsəbəsində də belə hadisələrin olması qaçılmaz olacaq.

Çünki, ən azı gün ərzində 2-3 dəfə hərəkət edən yük qatarının yolunda nə şlaqbaum nə də ki, nəzarətçi var.

Hələ üstəlik qarşıda dəmir yolunun olması ilə bağlı yerləşdirilən xəbərdaredici nişan da düz dəmir yolunun qarşısında quraşdırılıb. Bu hal bədbəxt hadisənin baş verməsini qaçılmaz edir. Yüksək sürətlə hərəkət edən, eyni zamanda yolu bilməyən sürücü birbaşa olaraq dəmir yolu keçidinə daxil olur. Görünmə məsafəsi isə aldadıcı xarakter daşıyır.

Mövzuya  “Azərbaycan Dəmir Yolları” QSC-nin də diqqətini cəlb etmək istədik.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Bizim.Media-nın sorğusuna cavab olaraq   dedilər ki, Yeni Suraxanı stansiyasının 39-cu kilometrliyində yerləşən dəmir yolu keçidi qorunmayan keçid hesab edilir. 

İntensivlik yüksək olmadığından layihədə işıqforların quraşdırılması nəzərdə tutulmayıb. 

“Buna baxmayaraq, həmin ərazidə piyadaların və avtomobillərin hərəkətini tənzimləmək üçün yol nişanları qoyulub. Məlumat üçün bildirək ki, "Dəmir yolu keçidlərinin istismarına dair Təlimat"a əsasən, qorunmayan keçidlərin qorunan keçidlərlə əvəzlənməsi üçün həmin ərazidən gün ərzində 16-dan çox qatar, 7 mindən çox avtomobil hərəkət etməlidir. Aparılan son monitorinqlərə görə, sözügedən keçiddən gün ərzində təxminən 1500 avtomobil keçir”.

Vəssalam, Səhimdar Cəmiyyət bu cavabla da işini bitmiş hesab etdi. 

Yeni Suraxanı qəsəbəsində taleyi təhlükə altına düşəcək vətəndaşın vəziyyəti isə yenə də cavabsız olaraq qaldı.

Gülşanə Mustafayeva, Bizim.Media 
 




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO