Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə ÇIXDI – VİDEO  

Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə ÇIXDI – VİDEO  

Hazırda oxunan: Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə ÇIXDI – VİDEO  
143355
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu “Vaqner”in silahlı qiyamından sonra ilk dəfə üzə çıxıb.

Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi onun xüsusi hərbi əməliyyatlar zonasındakı "Qərb" qoşun qrupunun qabaqcıl komanda məntəqəsinə səfəri ilə bağlı görüntülərini yayıb. 

S. Şoyqu qrup komandiri general-polkovnik Yevgeni Nikiforovun mövcud vəziyyət barədə məruzəsini dinləyib. 
Müdafiə naziri şəxsi heyəti Ukrayna Silahlı Qüvvələrinin planlarını əvvəlcədən aşkarlamaq və qabaqlayıcı tədbirlər görmək barədə tapşırıq verib. 

O, həmçinin fəal kəşfiyyat işlərinin davam etdirilməsini əmr edib. Qeyd edək ki, iyunun 24-də “Vaqner” özəl hərbi şirkəti silahlı qiyama cəhd etmişdi. Bundan sonra S. Şoyqu barədə heç bir məlumat yox idi. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO