Bakıda Beynəlxalq Kitab sərgisi keçiriləcək - VİDEO

Bakıda Beynəlxalq Kitab sərgisi keçiriləcək - VİDEO

Hazırda oxunan: Bakıda Beynəlxalq Kitab sərgisi keçiriləcək - VİDEO

95628

Oktyabrın 5-dən 9-a qədər paytaxtda 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi - “Baku International Book Fair 2022” keçiriləcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov şəxsi “twitter” hesabında paylaşım edib.

Nazir bildirib ki, 16 ölkədən 60 xarici, 130 yerli nəşriyyat və təşkilatın təmsil olunacağı sərgi Şuşa ilinə həsr olunacaq.

“Sərginin məqsədi kitab və mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, Azərbaycanda kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır”,-deyə paylaşımda bildirilib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO