Şairənin qələmində Göyçə həsrəti - Bir yurdun yaddaşı yenidən CANLANDI - VİDEO

Şairənin qələmində Göyçə həsrəti - Bir yurdun yaddaşı yenidən CANLANDI - VİDEO

Hazırda oxunan: Şairənin qələmində Göyçə həsrəti - Bir yurdun yaddaşı yenidən CANLANDI - VİDEO

615527

Azərbaycan Yazıçılar Birliyində “Dədə Ələsgər ocağı” ictimai birliyinin təşkilatçılığı ilə yazıçı və şairə Mahirə Göyçəlinin “Göyçəsiz Göyçəli” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış ədiblər, ziyalılar, ictimaiyyət nümayəndələri və poeziyasevərlər iştirak ediblər.

Mərasimdə çıxış edənlər müəllifin yaradıcılığından, xüsusilə yeni nəşr olunan “Göyçəsiz Göyçəli” kitabından söz açıblar.
 

Bildirilib ki, kitabda doğma Göyçə nisgili, yurd həsrəti, milli-mənəvi dəyərlər və insan duyğuları poetik dillə oxuculara təqdim olunur. Çıxış edənlər Mahirə Göyçəlinin yaradıcılığında vətən sevgisinin və milli yaddaşın xüsusi yer tutduğunu vurğulayıblar. Tədbir zamanı kitab ətrafında geniş fikir mübadiləsi də aparılıb.


“Göyçəsiz Göyçəli” yalnız bir poeziya nümunəsi deyil, həm də doğma yurda bağlılığın və mənəvi yaddaşın ifadəsi kimi dəyərləndirilib.

Ətraflı Bizim.Media-nın videosüjetində:


Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO