Gənc şair Rəşid Nəsirzadə festivalda yaradıcılığı ilə diqqət çəkdi

Gənc şair Rəşid Nəsirzadə festivalda yaradıcılığı ilə diqqət çəkdi

Hazırda oxunan: Gənc şair Rəşid Nəsirzadə festivalda yaradıcılığı ilə diqqət çəkdi

614994

Bu gün VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının ikinci günü çərçivəsində şair Rəşid Nəsirzadə oxucularla görüşüb və yaradıcılığı barədə məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI: 

Rahib Kərimlinin oxucularla görüşü və kitablarının təqdimatı keçirildi


Bizim.Media xəbər verir ki, o, 2 şeir kitabının müəllifidir.

Şair yaradıcılığa fəlsəfi və vətənpərvərlik mövzularında yazdığı şeirlərlə başlayıb. Hazırda isə daha çox sevgi mövzusunda qələmə aldığı şeirlərlə oxucuların diqqətini çəkir. Gənc müəllif həm heca vəznində, həm də sərbəst formada şeirlər yazır.
 

R. Nəsirzadə Gənc Yazarlar Birliyinin üzvüdür. O, həmçinin “Mücrü” nəşriyyatının təşkil etdiyi I ümumrespublika hekayə müsabiqəsində V yerə layiq görülərək diplomla təltif olunub.


Qeyd edək ki, festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, Yunus Əmrə İnstitutu, ANAİB, İLESAM, DGTYB, İnam Mühafizə şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.



Xədicə Paşayeva, İntiqam İbrahimov Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO